"Foqts məni nə iləsə təəccübləndirmədi"

"Foqts məni nə iləsə təəccübləndirmədi"
"Azərbaycan milli komandasının son iki oyununa baxmışdım. Bu görüş həmin qarşılaşmalardan fərqlənmədi". Fanat.az xəbər verir ki, bu sözləri yığmamızla oyundan (0:0) sonra Qırğızıstan milli komandasının baş məşqçisi Sergey Dvoryankov deyib.
Rəqib çalışdırıcı millimizi digər Asiya ölkələri ilə müqayisə etmək istəməyib: "Azərbaycan millisini Asiyanın digər yığmaları ilə müqayisə etmək olmaz. Yoldaşlıq və rəsmi oyunlar arasında böyük fərq var. İlin sonudu. Bu səbəbdən komandalar hazır olmaya bilər. Yəqin ki, elə bu səbəbdən də matç bir o qədər də maraqlı alınmadı".
Dvoryankov bildirib ki, Berti Foqts öz qərarları ilə onu təəccübləndirməyib: "Deyə bilmərəm ki, Foqts məni nə iləsə təəccübləndirdi. Mənim nöqteyi-nəzərim oyunun rəsmi statusunun sizin oyunçulara çox təzyiq etməsində israrlıdı. Əminəm ki, Tallindəki oyun rəsmi görüş olsaydı, Estoniya bu oyunda qələbə qazana bilməzdi".
Rəqib baş məşqçi millimizin heyətində Rauf Əliyevi fərqləndirib: "Bizim hücumda çətinliklərimiz olduğundan, sizin mərkəz hücumçunuz Rauf Əliyevi fərqləndirərdim. O daim yerdəyişmə edirdi. Ancaq kifayət qədər ötürmə almırdı. Bizim üçün məzuniyyətə xoş əhvalda getmək vacib idi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər