"Estoniya ilə pis oynadığımızı düşünmürəm. Həm hücumda, həm də müdafiədə normal təsir bağışladıq”. Fanat.az xəbər verir ki, bu sözləri millinin hücumçusu Rüfət Dadaşov deyib.
Dadaşov daha sonra əlavə edib: “Qarşıda daha bir oyun var. Estoniyadakı məğlubiyyətdən nəticə çıxarmalıyıq. Tallində qurduğumuz əks-hücumlar istənilən effekti vermirdi. Qırğızıstanla oyunda daha fəal olmalı, nəyə qdir olduğumuzu göstərməliyik".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.
Fanat.az