"Elnur oyuna əlavə motivasiya ilə çıxmışdı"

"Elnur oyuna əlavə motivasiya ilə çıxmışdı"

Georgi Çixradze "Xəzər Lənkəran"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi oyunun taleyini Elnur Abdullayevin qolunun həll etdiyini deyib.

"Maraqlı və intensiv oyunun şahidi olduq. Oyundan öncə mənə çox adam deyirdi ki, dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək. Amma oyun göstərdi ki, bu, heç də belə deyil. Matçın ilk dəqiqələrində futbolçularım əsəbi idi. Çünki bir müddətdi ki, rəsmi oyuna çıxmırdılar. İkinci hissə isə fərqli oldu. Elnur Abdullayev bu oyunda həlledici qolu vurdu. Düşünürəm ki, Elnur oyuna əlavə motivasiya ilə çıxmışdı. Onu keçmiş komandasına vurduğu qola görə təbrik edirəm. Deməliyəm ki, biz yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmirik. Bunun üzərində işləməliyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər