"C" kateqoriyalı məşqçi kursu keçiriləcək

"C" kateqoriyalı məşqçi kursu keçiriləcək

2013-cü il avqustun 13-dən 23-dək Bakı şəhərində AFFA tərəfindən C kateqoriyalı məşqçi kursu keçiriləcək.

Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış

4. 2 ədəd şəkil (3x4)

5. Tərcümeyi-hal

Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Əlaqələndirici şəxs: Anar Şıxəliyev

Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30

E-mail:  [email protected]

Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.

Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.  

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər