"Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq..."

"Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq..."
“Yerli məşqçilərlə rəqabət deyəndə, gərək hamı öz işindən başlasın. Başqalarından üstün olmaq üçün yox, inkişaf etmək üçün çalışmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov deyib.
Bu gün mətbuat konfransı keçirən "Neftçi"nin baş məşqçisi Nazim Sülemanov Böyükağa Hacıyevlə bağlı suala cavab verib. Fanat.az xəbər verir ki, mütəxəssis sabiq çalışdırıcının onun işinə qarışıb-qarışmayacağını bilmədiyini deyib.
Süleymanovun "Böyükağa Hacıyevin bu klubda çalışması müəyyən mənada Tərlan Əhmədovun istədiyi kimi çalışmasına mane olurdu. Eyni aqibətlə üzləşəcəyinizdən qorxmursuz" sualına cavabı belə olub: "Mən klubun içində deyiləm. Hələ ki yeni gəlmişəm. Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq, ya yox. Bir neçə gündən sonra mənə bu haqda sualı versəniz, məmnuniyyətlə buna cavab verərəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər