“Azərbaycan ruslara sübut etdi ki, futbol oynaya bilir”. Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov deyib.
Rusiya mətbuatına danışan Moskva ÇSKA-sının yetirməsi 1:1 hesablı heç-heçəni dəyərləndirib: "Heç-heçə ədalətli nəticədi. Ammabiz qələbə qazanmağı çox istəyirdik. Rusiya yığmasının bəzi futbolçuları haqqımızda pis danışmışdılar. Onlar deyirdilər ki, bizi bir ayaqla udacaqlar".
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsinin son oyununda komandamızın cavab qolunu 90-cı dəqiqədə Mahir Şükürovun ötürməsini başla tora göndərən Vaqif Cavadov vurub.
Fanat.az