"Azəryol" uduzdu, "İqtisadçı" sürprizə sevindi -
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, dünən keçirilən son turun oyunlarından sonra pley-off mərhələsinə yüksələn 12 komandanın siyahısı müəyyənləşib.
A qrupunda mübarizə aparan Azərbaycan çempionu "Rabitə" 6 oyunda 6 qələbə qazanıb. "Rabitə"dən başqa bu göstəriciyə yalnız Türkiyənin iki komandası - "Eczaçıbaşı" və "Vakıfbank" imza atıb.
Təmsilçimizdən başqa “Dinamo” (Kazan) “Dinamo” (Moskva), “Omiçka” (üçü də Rusiya), “Vakıfbank”, “Qalatasaray”, “Eczaçıbaşı” (üçü də Türkiyə), “Pyaçentsa”, “Konegliano” (ikisi də İtaliya), “Kann” (Fransa), “Volero” (İsveçrə) və “Atom” (Polşa) mərhələ adlayıb.
"Dördlər finalı"na ev sahibliyi bu klublardan birinə verildikdən sonra qrup mərhələsində ən yaxşı göstəricilərə imza atmış üçüncü yerin sahibi "play-off"a vəsiqə əldə edəcək. Bu Azərbaycanın "İqtisadçı" klubu olacaq. Qrup mərhələsinin son turundan öncə cüzü şansa sahib olan Bakı təmsilçisi əsas rəqiblərinin, xüsusən də "Azəryol"un uduzmasından sonra belə bir şans qazanıb. Aktivində 8 xal olan "İqtisadçı" üçüncü pillədə qərarlaşmış digər komandaları ən azı bir xal qabaqlayır.
"İqtisadçı"dan sonra üçüncü pilləni tutmuş ən yaxşı növbəti 4 komanda CEV Kubokunun "Çelenc raund"unda mübarizəni davam etdirmək imkanı qazanıb. Artıq bu klubların da adı dəqiqdi: "Azəryol" (Azərğaycan), "Dresdner" (Almaniya), "Dinamo-Romprest" (Rumıniya), "Agel" (Çexiya).
Voleybol
Çempionlar Liqası
VI tur, 17 dekabr
A qrupu
Omiçka (Rusiya) - Rabitə (Azərbaycan) 2:3 (19:25; 22:25; 25:23; 25:19; 11:15)
Beziers (Fransa) - Dresdner (Almaniya) 0:3 (17:25, 18:25, 20:25)
Turnir cədvəli: Rabitə - 16, Omiçka - 14, Dresdner - 6, Beziers - 0.
B qrupu
İqtisadçı (Azərbaycan) - Srvena Zvezda (Serbiya) 3:1 (27:29; 25:13; 25:13; 25:12)
Pyaçentsa (İtaliya) - Dinamo (Moskva, Rusiya) 3:1 (25:21, 25:23, 18:25, 25:18)
Turnir cədvəli: Pyaçentsa - 15, Dinamo (Moskva) - 13, İqtisadçı - 8, Srvena Zvezda - 3.
C qrupu
Vakıfbank (Türkiyə) - Gent (Belçika) 3:0 (25:13, 25:20, 25:19)
Atom (Polşa) - Dinamo-Romprest (Rumıniya) 3:1 (23:25, 25:17, 25:21, 25:20)
Turnir cədvəli: Vakıfbank - 18. Atom - 12. Dinamo-Romprest - 6. Gent - 0.
D qrupu
Agel (Çexiya) - Eczaçıbaşı (Türkiyə) - 1:3 (25:17, 26:28, 19:25, 23:25)
Şveriner (Almaniya) - Kann (Fransa) - 0:3 (14:25, 16:25, 20:25)
Turnir cədvəli: Eczaçıbaşı - 18. Kann - 12. Agel - 6. Şveriner - 0.
E qrupu
Qalatasaray (Türkiyə) - Konegliano (İtaliya) 3:2 (24:26, 23:25, 25:19, 25:15, 15:3)
Yamamay (İtaliya) - Azəryol (Azərbaycan) 3:0 (25:14, 25:17, 25:19)
Turnir cədvəli: Qalatasaray - 14. Konegliano - 11. Azəryol - 7. Yamamay - 4.
F qrupu
Dinamo (Kazan, Rusiya) - Volero (İsveçrə) 2:3 (25:23, 25:23, 20:25, 28:30, 8:15)
Stiinta (Rumıniya) - Tauron (Polşa) 3:1 (20:25, 31:29, 25:16, 25:23)
Turnir cədvəli: Dinamo (Kazan) - 16. Volero - 11. Stiinta - 5. Tauron - 4.
Fanat.az