Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının III turuna start verilib. Fanat.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Azəryol" "Telekom"u sınağa çəkib. Birincilər 3:1 hesablı qələbə qazanaraq turnir cədvəlininin 3-cü pilləsinə yüksəlib.
Qeyd edək ki, "Rabitə" - "İqtisadçı" matçının təxirə salındığı turun digər qarşılaşması noyabrın 30-da olacaq. Həmin gün "Lokomotiv" - "Azərreyl" oyunu baş tutacaq.
Voleybol
Super Liqa
III tur
25 noyabr
Azəryol - Telekom 3:1 (25:19; 10:25; 25:18; 25:22)
| Rabitə | 2 | 2 | 0 | 6-1 | 178-149 | 6 |
| İqtisadçı | 2 | 2 | 0 | 6-2 | 186-164 | 5 |
| Azəryol | 3 | 2 | 1 | 7-6 | 286-295 | 5 |
| Telekom | 3 | 1 | 2 | 4-8 | 247-258 | 2 |
| Azərreyl | 2 | 0 | 2 | 4-6 | 216-220 | 2 |
| Lokomotiv | 2 | 0 | 2 | 2-6 | 154-181 | 1 |
Fanat.az