"Arif İsayev infeksiyaya yoluxub"

"Arif İsayev infeksiyaya yoluxub"

“Qələbə üçün bacardığımızı edəcəyik. Evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq yalnız qələbəni düşünməliyik. Çətin durumdayıq. İtirəcək bir şeyimiz qalmayıb. Edəcəyimiz tək şey 3 xal üçün savaşmaqdı”. Fanat.az xəbər verir ki, bu sözləri “Dənizlispor”un çalışdırıcısı Yusuf Şimşək deyib.

 

Azərbaycanlı futbolçular - Arif İsayevlə Saşa Yunisoğlunun komandası bu gün PTT liqasının IX turu çərçivəsində “Mersin İdman Yurdu”nun qonağı olacaq. Xəbər verdiyimiz kimi hazırda Bakıda olan İsayevin sözügedən matçda meydana çıxmayacağı bəllidi. Baş məşqçi Arifin Bakıya göndərilməsinin səbəbinin zədə olmadığını dilə gətirib. Şimşək həmyerlimizin infeksiyaya yoluxduğunu açıqlayıb: “Simac, Sərdar ve Yenalın zədəsi sağalsa da, formada deyillər. Buna görə də, adlarını “18-liy”ə salmağa dəyməzdi. İsayevə gəlincə, onun sidik kanalında infeksiya var, oynamayacaq”.

 

Qeyd edək ki, Arif Türkiyəyə oktyabrın 27-də qayıdacaq.

 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər