"Araz"ın rəqibləri məlumdu

"Araz"ın rəqibləri məlumdu

Futzal üzrə UEFA kubokunun elit raundunun püşkü atılıb. Fanat.az xəbər verir ki, bu mərhələdə dörd qrupa bölünmüş 16 komanda gücünü sınayacaq.

 

Azərbaycan çempionu “Araz” D qrupunda mübarizə aparacaq. “Sportinq” (Portuqaliya), “Qyor” (Macarıstan)  və “Eyndhoven” (Niderland) təmsilçimizin rəqibləridi. Oyunlar Portuqaliyada keçiriləcək.

 

Digər qrupların tərkibi isə belədi:

 

A qrupu: “Barselona” (İspaniya), “Xrudim” (Çexiya), “Tanqo Mureş” (Rumıniya), “Lokomotiv” (Ukrayna). Oyunlar Çexiyada keçiriləcək.

 

B qrupu: “Dinamo” (Rusiya), Litiya (Sloveniya), Slov-Matik (Slovakiya), Ekonomaç (Serbiya). Oyunlar Sloveniyada keçiriləcək.

 

C qrupu: Kayrat (Qazaxıstan), “VitEn” (Belarus), “Tanqo” (Bosniya və Herseqovina), “Tullar” (Qazaxstan). Oyunlar Qazaxıstanda keçiriləcək.

 

Xatırladaq ki, görüşlər 19-24 noyabr aralığında baş tutacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər