"Araz" ilk məğlubiyyətini "Neftçala"dan aldı

"Araz" ilk məğlubiyyətini "Neftçala"dan aldı
I divizionda XIV tura yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
"Karvan" Mingəçevirdə yerli "Energetik"i darmadağın edib - 3:0. MOİK isə "Lokomotiv"i minimal hesabla üstələyib - 1:0.
İkinci oyun günündə 3 qarşılaşma keçirilib. "Qaradağ" evdə "Şəmkir"i darmadağın edib - 3:0. "Şuşa" doğma mekydanda "Kəpəz"i 2:1, "Şahdağ" səfərdə "Bakılı"nı 4:1 hesabı ilə yenib.
Bu gün son 3 oyun keçirilib. "Ağsu" "Göyəzən"i 5:0 hesabı ilə yenib. "Turan-T" isə "Mil-Muğan"ı 2:1 hesabı ilə məğlub edib. 
Tura "Neftçala" - "Araz" oyunu ilə yekun vurulub. Qara görə Neftçalada yox, "Bayıl Arena"da keçirilən qarşılaşma nominal meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Mövsümdəki ilk məğlubiyyətinə baxmayaraq, "Araz" turnir cədvəlində liderliyini qoruyub. Lakin Naxçıvan təmsilçisi bu turda qış çempionluğunu elan etmək şansını itirib.
I divizion
2013/14 mövsümü
XIV tur
13 dekabr
Energetik - Karvan 0:3
Qollar: Əli Bağırov, 35. Azər Həşimov, 65. Ceyhun Əhmədov, 90+2.
MOİK - Lokomotiv 1:0
Qol: Cavidan Ağayev, 53.
14 dekabr
Qaradağ - Şəmkir 3:0
Qollar: Anar Həsənov, 5. Novruz Ələkbərov, 51-pen. Murad İsgəndərli, 84.
Şuşa - Kəpəz 2:1
Qollar: Əli İsmayılov, 67 (avtoqol). Əhməd Ticani, 88 - Xəyal Mustafayev, 75.
Bakılı - Şahdağ 1:4
Qolar: Röyal Nəcəfov, 42 - Sərxan Ağayev, 3. Emin Əmiraslanov, 45. Məhəmməd Hüseynov, 58. Vüqar Asəliyev, 82.
15 dekabr
Turan-T - Mil-Muğan 2:1
Qollar: Fərmayıl Əliyev, 45. Azər Məmmədov, 90+4 - Elşən Hacıyev, 73.
Ağsu - Göyəzən 5:0
Qollar: Həsən Allahyarov, 5-pen; 20-pen. Qalib Əmrahov, 26; 76. Nicat Tağıyev, 48.
Neftçala - Araz 1:0
Qol: Mübarək Şahquliyev, 65.

1

Araz

14

12

1

1

29-5

37

2

Qaradağ

14

11

3

0

30-4

36

3

Neftçala

14

9

2

3

32-9

29

4

Şuşa

14

8

2

4

28-10

26

5

Şahdağ

14

7

3

4

26-8

24

6

Turan-T

14

7

2

5

25-17

23

7

Ağsu

14

7

2

5

18-14

23

8

Lokomotiv

14

7

0

7

19-23

21

9

Karvan

14

6

2

6

20-29

20

10

MOİK

14

5

4

5

18-24

17

11

Bakılı

14

4

3

7

18-29

15

12

Şəmkir

14

3

4

7

12-20

13

13

Mil-Muğan

14

3

3

8

8-18

12

14

Kəpəz

14

3

2

9

15-20

11

15

Energetik

14

1

2

11

5-42

5

16

Göyəzən

14

1

1

12

6-41

4

Bombardirlər: David Canalidze (Araz) - 12. Ceyhun Abdullayev (Neftçala) - 9. Əli Bağırov (Karvan), Novruz Ələkbərov (Qaradağ) - 8. Məhəmməd Bədəlbəyli (MOİK), Elvin Adışirinli (Şuşa), Tural Qürbətov (Lokomotiv) - 7 qol.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər