Rusiya yığmasının yarımmüdafiəçisi Denis Qluşakova Azərbaycan futbolu haqda dörd suala cavab verib. - Tofiq Bəhramov kimdi?- Hakim. Ancaq xatırladın ki, nə ilə məşhurlaşıb. - 1966-cı il dünya çempionatının finalında ingilislərin mübahisəli qolunu qeydə alıb.- Hə! Bu epizoda Internetdə baxmışam... Qol olub? Bunun üçün bir də videoya baxmaq lazımdı. - “Qəbələ” nədi?- Bu klubda Syomin işləmir? Düzdü! Bu, onun komandasıdı. - Teryer kimdi?- İt. - Ümumiyyətlə, hə. Ancaq Berti Foqtsu meydanda yapışıqlı oyunu və güzəştsiz xarakterinə görə belə çağırırdılar...- Düzü, bilmirdim ki, Azərbaycan yığmasının baş məşqçisinin belə ləqəbi var. - Abışov harda oynayır?- Hansı, bəstəboy? - Yox, 187 sm boyu olan...- Onda bilmirəm. Niyə məhz onun haqda sual?
Fanat.az