La Liqada böyük bir rəqabət yaşayan Joze Mourinyo və Pep Quardiola bu dəfə də transfer bazarında üz-üzədir.
İdman24.az xəbər verir ki, "Bayern Münih"in baş məşqçisi Quardiola ilə "Çelsi"in çalışdırıcısı Mourinyo La Liqadan sonra yenə də qarşı-qarşıyadır. London təmsilçisinin stoperi David Luizi istəyən "Bayern" braziliyalı üçün 47 milyon avro ödəməyə razıdır. Mourinyo isə son matçdan sonra oyunçunun adını əsas heyətə salıb.
İdman24.az