“Kobudluq var idi. Amma məncə, bu hərəkətə “qırmızı” vermək ağır qərar idi”. Bu sözləri Fanat.az-a açıqlamasında Azərbaycan – Rusiya oyununda serb referinin meydandan qovduğu Maksim Medvedev deyib.
Şimal qonşularımıza qarşı dayaq yarımmüdafiəçisi mövqeyində mübarizə aparan “Qarabağ”ın müdafiəçisi əlavə edib: “Rəqibin ayağına vurmağı ağlımdan keçirmirdim. Topa müdaxilə zamanı ona toxundum. Fikirləşdim ki, “sarı” çıxacaq. Amma hakim ən pis olanı etdi. Şadam ki, azlıqda qalan yığmamız bərzbərlik qolunu vurdu”.
Fanat.az