Noyabrın 19-da Bişkek şəhərindəki “Dolen Omurzakov" adına stadionda keçiriləcək Qırğızıstan - Azərbaycan yoldaşlıq oyununu qazax hakimlər idarə edəcək. Fanat.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Artyom Kuçin olacaq.
Onun köməkçiləri isə Sergey Vassyutim və Serik Jappasbayev olacaq. Böyük ehtimalla, dördüncü hakim funksiyasını yerli - qırğız hakimlərdən biri yerinə yetirəcək.
Fanat.az