Azərbaycan yığmasının qol seriyası qırılıb. Fanat.az xəbər verir ki, son 7 oyunda rəqib qapılarına yol tapan futbolçularımız Estoniya ilə oyunda bu ənənəyə son qoyub.
Millimiz sonuncu dəfə bu ilin 26 martında Portuqaliya ilə Bakıda keçirilən rəsmi oyunda meydanı qolsuz tərk etmişdi - 0:2. Bundan sonra Qətər (1:1), Lüksemburq (1:1), Malta (3:0), İsrail (1:1), Şimali İrlandiya (2:0), Rusiya (1:1) və Estoniya (1:2) ilə qarşılaşan millilərimiz bütün oyunlarda azarkeşləri sevindirə bilmişdi.
Fanat.az