Qaranın zədəsi ciddi çıxdı

Qaranın zədəsi ciddi çıxdı

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Fanat.az klub saytına istinadən xəbər verir ki, “Sumqayıt”la son turdakı görüşdə zədələnərək oyunu yarımçıq tərk edən 21 yaşlı milli oyunçunun sağ dizinin iç yan bağlarında 2-ci dərəcəli dartılma qeydə alınıb.

 

Bu tipli zədənin bərpa prosesi adətən 3-4 həftə davam etdiyini nəzərə alsaq, Qaranın təxminən 1 ay oynamayacağını ehtimal etmək olar.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər