“Beşiktaş”ın Ronaldo sevdası bitmir. Yay transfer dönəmində ulduz futbolçunu heyətinə qatmaq çabasında bulunan istanbullular maddi məsələlərə görə geri çəkilməli olsa da, yanvarda keçidi reallaşdırmaqda qərarlıdı. Fanat.az xəbər verir ki, qışın ilk ayında “Atletiko Mineyro” ilə qüvvədə olan müqaviləsi başa çatacaq “sambaçı”nı Türkiyəyə gətirmək üçün “Qara qartallar”ın vitse-prezidenti Ahmet Nur Çebi futbolçunun meneceri və qardaşı olan Roberto Assislə müntəzəm əlaqə saxlayır.
Zədəsini sağaldan 33 yaşlı Ronninin bu həftə sürdürüləcək danışıqların və planlaşdırılan görüşün ardından ağ-qara formanı geymək ehtimalı olduqca yüksəkdi. “Beşiktaş” rəsmisi Mərakeşdə keçiriləcək Klublararası Dünya Çempionatından sonra təcrübəli oyunçunun rəsmi müqaviləyə qol çəkməsini istəyir.
Fanat.az