Uruqvaylı qapıçı bədbəxt hadisə ilə üzləşib. Fanat.az xəbər verir ki, Xuan Obelar adlı qolkiper evində ağac kəsən maşınla işləyərkən 4 barmağını kəsib.
Əvvəllər Uruqvayın köklü klublarından olan "Penarol"un formasını geyinmiş qapıçı qəzadan sonra karyerasını bitirməli olub. Xuan Obelar yerli mətbuata açıqlamasında bunları deyib: "Başıma gələnlər insanın yaşaya biləcəyi ən qorxunc hadisələrdən biridi. Evim üçün bəzi işlər görmək istədim. Yardım edəcək heç kim yox idi. Bir anda sadəcə baş barmağımın qaldığını gördüm.
Onun barmaqları əməliyyatla yerinə tikiləcək. Amma bu Obeların futbolçu karyerasını davam etdirməsi üçün yetərli deyil. O, bir də yaşıl meydana çıxa bilməyəcək.
Fanat.az