DÇ-2014 seçmə mərhələsindəki uğursuzluqdan sonra Polşa millisindən göndərilən Valdemar Fornalikin xələfinin kimliyi bəlli olub. Fanat.az xəbər verir ki, ölkənin futbol federasiyası 56 yaşlı Adam Navalka ilə anlaşıb.
Mətbuata açıqlama verən federasiya prezidenti Zbigiyev Boniyek 2016-cı ildə keçiriləcək Avropa Çempionatına qatılmaq istədiklərini və bu hədəfə çatmaq üçün Navalkanın doğru seçim olduğunu bildirib. Boniyek yeni baş məşqçi ilə noyabrın 1-də rəsmi müqavilə imzalanacağını deyib.
Qeyd edək ki, Navalka “Qornik Zabrze” klubunun baş məşqçisidi.
Fanat.az