“Barselona”nın qapıçısı Xose Pinto mövsümün sonunda komandanı tərk etməkdə qərarlıdı. Fanat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, start heyətində müntəzəm yer alan Viktor Valdes kimi, nadir hallarda forma şansı qazanan Pinto da yeni iş yeri haqda düşünür.
Belədə, Kataloniya klubu 2 yeni qolkiper transfer etmək məcburiyyətində qalacaq.
Bir müddət əvvəl isə “Barsa”nın Münhenqladbax “Borussiya”sının “çərçivə” qoruyucusu Mark-Andre ter Steqeni qışda rənglərinə bağlayacağı bildirilmişdi.
Fanat.az