PFL didərginin xətrinə dəymədi

PFL didərginin xətrinə dəymədi

Topaz Premyer Liqasının XIII turunun təqvimində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, “Simurq”un ev oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunda təmir işlərinin tam yekunlaşmaması ilə bağlı klubun PFL-ə ünvanladığı müraciət müsbət dəyərləndirilib.

 

Müraciətə əsasən XIII turun “Simurq” – “İnter” oyunu “Şəfa”da, üçüncü dövrənin matçı isə Zaqatala şəhər stadionunda keçiriləcək. “İnter”in razılıq məktubunu nəzərə alan qurum qərara alıb ki, XIII turunda meydan sahibi “İnter”, XXI turun oyununun meydan sahibi “Simurq” olacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər