Hakimlər Komitəsi yenidən əlavə köməkçi hakimlərə ehtiyac duyub. Fanat.az xəbər verir ki, X turun bir matçına əlavə hakimlər təyin olunub.
Belə ki, "Bakı" - "Neftçi" matçında İnqilab Məmmədovla Ömər Paşayev iş başında olacaq.
Qeyd edək ki, Hakimlər Komitəsi ilk iki turda oyunlara əlavə köməkçi hakimlər təyin etsə də, sonradan buna ehtiyac duymamışdı.
Onu da qeyd edək ki, “Bakı” - “Neftçi” matçını Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov və Fərid Məmmədovdan ibarət hakimlər briqadası idarə edəcək.
Fanat.az