Pantiç gözünü yumub, ağzını açdı

Pantiç gözünü yumub, ağzını açdı
"Belə oyundan sonra sevinə bilmərəm. 2:0 hesabı ilə irəlidə olan zaman rəqib hesabı bərabərləşdirdi. 90 dəqiqə ərzində bəxtimiz gətirmədi. Futbolçularım sona qədər mübarizə apardı". Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib.
Serb çalışdırıcı hakimlikdən narazılıq edib: "Növbəti dəfə həm mən, həm də yetirmələrim paltardəyişmə otağına girəndən sonra hakimlikdən narazılıqlarını bildirdilər. Dedilər ki, biz nə edək ki, hakimlik normal olsun? İdmançıyam, Azərbaycanın futboluna fayda vermək üçün bura gəlmişəm. Çox pis oluram ki, paltardəyişə otağında 28-30 yaşlı futbolçularım mənə deyirlər ki, nə vaxta kimi bu belə davam edəcək? Nə edək ki, bizə qarşı belə münasibət olmasın? Bura gəldiyim ilk gündən bəri hamı ilə yaxşı münasibətdə olmağa çalışıram. Bilmirəm nələr baş verir, günahım nədi? Bəlkə də keçmişdən bizim kluba qarşı nəsə qalıb? Həmişə futbolçularıma deyirəm ki, meydanda hakimə dəstək olsunlar, kömək etsinlər. İnsanıq, səhv ola bilər hər şeydə. Artıq kifayətdi, bilmirəm nə deyim, günah nədədi, səbəb nədi? Bu şeyləri bilmirəm. İşləyirik, məşqlərimizi davam etdiririk, hazırlaşırıq, sona qədər mübarizə aparırıq, amma bilmirəm nədi?" 
Patiç hər iki komandanın qapıçıları barədə yüksək fikirlər səsləndirib: "Öz oyunçularımla fəxr hiss duyuram, nələri var idi bu gün meydançada qoydular. AZAL-ın qapıçısını da təbrik etmək istəyirəm. Həyatının ən yaxşı oyununu oynadı. Bundan yaxşı, məncə, mümkün deyil. Çempionat irəlidədi. İlk dövrədə AZAL-a məğlub olmuşduq. Bu gün heç-heçə elədik, 1 xal qazandıq, onlar da xal itirdi. Həm mən, həm də komandam sona qədər mübarizə aparacağıq, sona qədər futbol oynayacağıq. Heç nəyə baxmayaraq, üzümü hakimlərə tutub deyirəm ki, sona kimi onların dostu olacam, yaxınlıq edəcəm. Qalanları öz işidi, nə istəyirlər etsinlər. Qapıçımız Elxan Əhmədov bu gün ilk oyununu keçirdi, çox yaxşı oynadı, yaxşı futbolçudu. Gələcəkdə də bir sıra gənc futbolçulara şans verməyi düşünürəm. Azərbaycan futbolundakı istedadları üzə çıxarmağa çalışacağam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər