Panovla Kançelskis bərabərliyi dəyərləndirdi

Panovla Kançelskis bərabərliyi dəyərləndirdi

Rusiya yığmasının keçmiş futbolçuları Aleksandr Panov və Andrey Kançelskis dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Rusiya (1:1) oyunu haqda fikirlərini bölüşüb. Fanat.az müsahibəni diqqətinizə çatdırır.

 

90-cı dəqiqədə ürəyiniz yerindən çıxmadı?

Panov: Yox. Belə qol buraxmağımız kədərləndirir. Qol vəziyyətlərimiz oldu, yararlana bilmədik. Demək olar, bir səhv etdik və qol buraxdıq. Əsas odu ki, tapşırığı yerinə yetirib çox önəmli olanbir xalı qazandıq.

Kançelskis: Yox, bədbinliyə qapılmadım. Üç dəqiqə əlavə vaxtvə say üstünlüyü...Rusiya daha yaxşı oynayırdı. Köhnə deyim işə düşdü: sən vurmasan, sənə vurarlar. Sona qədər müvazinətimizi saxlamalıydıq. Heç-heçə məyus etmədi, biz dünya çempionatındayıq. Futbolçularımıza əhsən, öz işlərini gördülər. Hər halda, son iki oyunu səfərdə keçirdik. Uçuş, iqlim dəyişikliyi… Bunları nəzərə almaq lazımdı. Yaddan çıxarmayın ki, Azərbaycan matça çox yaxşı köklənmişdi.

 

Hiss olunurdu ki, meydan sahiblərinə yüksək mükafat vəd edilib?

Panov: Bilirsiz, yad pulları saymağı, yad pul kisəsinə baxmağı sevmirəm. Nə qazanıblarsa, alacaqlar. Mənə dünya çempionatına baxıb məhz komandamıza – Rusiyaya azarkeşlik edəcəyim önəmlidi.

Kançelskis: Görünürdü ki, azərbaycanlılar böyük istəklə oynayırlar. Ancaq biz təkbətək mübarizələri uduzmayıb qorxusuz toqquşmaya gedirdik. Başa düşürdük ki, ortada dünya çempionatı vəsiqə var. Köklənmə və fədakarlıqla bağlı komandamıza heç bir sualım yoxdu.

 

Azarkeşlərin Səmədova belə “qəbul” təşkil edəcəyini gözləyirdiz?

Panov: Bu vəziyyət mənə aydın deyil. Bəlkə də Moskvadakı son hadisələr oda yağ töküb. Bilmirəm... Bütün bunlar çox pisdi və futbolu bəzəmir. Azarkeşləri mədəniyyətə dəvət edən azərbaycanlı futbolçuları da qeyd edərdim. Hər şey yaxşı bitdi.

Kançelskis: Mənə elə gəlir ki, Saşanı düz başa düşməyiblər. Bəlkə də mətbuat onun sözlərini düzgün qəbul etməyib. Əminəm, Səmədov Azərbaycanı təhqir etməyib. Meydan sahibləri nəticə çıxartmaqda tələsiblər. Hər halda məlumatları yoxlamaq lazımdı.

 

Öz “əhvalatı”na görə, istərdizmi Səmədov ötürmə ilə yanaşı qol da vursun?

Kançelskis: O, çox iş gördü. Gözəl oyun keçirdi. Meydanda ən yaxşılardan idi. Şirokova möhtəşəm ötürmə etdi. Əhsən! Fitnə-fəsada uymadı. Bununla belə, düşünmürəm ki, bütün azərbaycanlı azarkeşlər ona qarşı pis köklənmişdilər.

Panov: Demək çətindi. Qol vurmadı, qorxusu yoxdu. Biz axı dünya çempionatına düşmüşük. Azarkeşlər inamla bilet sifariş edə bilərlər.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər