İngiltərə Premyer Liqasında hakim maraqlı addım atıb. Fanat.az xəbər verir ki, referi futbolçuya paltardəyişmə otağında sarı vərəqə göstərib.
Hadisə "Mançester Yunayted" - "Stok Siti" matında baş verib. İlk yarıdan sonra koridorda mübahisə edən Robin van Persi və Ryan Şavkross daha sonra paltardəyişmə otağına yollanıblar. Bir az sonra hakim Lee Mason "Stok Siti"nin paltardəyişmə otağına gedərək Şavkrossa sarə vərəqə göstərib.
Oyundan sonra olayla bağlı açıqlama verən "Stok Siti"nin baş məşqçisi Mark Huges bunları deyib: "Bu hadisə məni çox təəccübləndirdi. Nə futbolçu, nə də məşqçi karyeramda belə şey görməmişdim".
Fanat.az