Və ya bacarıqsız rejissorun nakam qəhrəmanıTural XudiyevHər zarafatda həqiqət payı var. Oyun satılıb… Həmkarım Asif Bağırovun dilüstü zarafatlarından biri. Amma əslində dil altda qalan həqiqətlərin çılpaq təqdimatı idi. Futbolda görüşəndə salam əvəzi işlədərdi. Bir dəfə canlı yayınlanmayan oyunların birində canlı şahidi də olduq. O səhnə heç yadımdan çıxmaz.Çempionluğa oynayan komandanın, hansı oyunu oynadığını da bilməyən rəqibin qapısına, nə oyundan çıxsa da, yol tapa bilmədiyi oyun. Futbolçulara verdiyi tapşırıqların bir işə yaramadığını görən baş məşqcinin son ümidi köməkçisinə verdiyi tapşırığa idi. Həmkarımla toqquşan nəzərlərimizi sinxron şəkildə məşqçinin hərəkəti istiqamətinə yönəltdik. Yöndəmsiz addımlarla hərəkəti idman yerişinə yenicə başlayan atleti xatırladırdı. Meydanboyu cızdığı yarımqövsün dayaq nöqtəsi rəqib qapısının arxası oldu. Birazdan, arxası ona oynayan qapıçının arxası əldən gedəcəkdi. Və sona 10 dəqiqə qalmış şou başladı. Bu ana qədər meydanı şumlayan qapıçını elə bil cərəyandan ayırdılar. Künc zərbələrində pərvazlanaraq topu heç kimlə bölüşməyən kiper indi qanadı qırılmış quş kimi az qala ayaq altında qalacaqdı. Vaxta da az qalırdı. Adamın lap yazığı gəlirdi ona. Deyəsən, beynindən keçən fikirlər o qədər qarışmışdı ki, qapıları qarışdırmaq dərəcəsinə gəlmişdi. Havalanmaq dərəcəsindəydi yazıq. Bu təhlükədən onu qurtaracaq biri nə vaxt tapılacaqdı?Lənət şeytana, tabloda da vaxt sonu göstərmək istəyir. Hər şeyin sonunu. Verilən vədə, bu vədələrdə nələr eləmək olardı, ilahi..? Bir anlıq içindən hayqırmaq keçdi: «Ay biqeyrətlər, heç olmasa çərçivəyə düşün dəəə!!!» Elə bil səsinə qeybdən cavab gəldi: «Oyunun əsas vaxtına 2 dəqiqə əlavə olunur». Bəli, diktorun kal səsindəki hüzndə 2 rəqəmi necə də cazibədar səslənirdi. Ona vəd olunan mükafatda da 2 rəqəmi ardınca sıfırları aparırdı. Bu dəqidələrdə 2 onun ücün ən müqəddəs rəqəm idi. İndi o, rəqiblərin də hər birini, topu da, 2 görürdü. Final fitiylə vəd olunanın əvəzinə qazanacağı da, 2 barmağın arasından boylanan baş barmağın ədəbsiz kompazisiyası olacaqdı. Oldu da. Bir top nə şey idi ki, onun qapısına qıymadılar? Karyerasının qürub çağında barmağını sora-sora qaldı.Uğursuz tragikomediyanın baş rejissoru isə assistentinə barmaq silkələyə-silkələyə pərdəarxasına keçirdi. Orda kimsə onu da rusun sözü silkələyəcəkdi ki, həmin izdivacdan da yeni yaradıcı ideyalar doğulacaq və biz yenə də onun çirkin səhnələrini izləyəcəkdik. Çünki, onun arxasına keçdiyi, futbolumuzun ismətini coxdan itirmiş miskin pərdəsi idi.P.S: Bu yaxınlarda səmimiyyətinin də pərdəsi cırılmış həmin baş məşqcini efirdə gördüm. Futbolda sağlam rəqabətin, idman prinsiplərinin vacibliyindən danışırdı…
Oyun satılıb...
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"