“Tərəflərdən biri üçün tale əhəmiyyətli oyunlar nadir hallarda baxımlı olur”. Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının sabiq futbolçusu Viktor Onopko deyib.
Rusiyanın formasında 109 oyuna çıxan Onopko şimal qonşularımızın Rusiya yığmasının millimizlə Bakıdakı görüşündən (1:1) danışıb: “Belə görüşlərdə mübarizə, daxili gərginlik və nəticəyə görə məsuliyyət olur. Ən əsas məsələ final mərhələsinə çıxmağı rəsmiləşdirmək idi. Bunu da bacardıq. Qalan şeylər isə lirikadı”.
Fanat.az