“Onlar son 13 oyunda məğlub olmayıblar”

“Onlar son 13 oyunda məğlub olmayıblar”

“Metallurq”la şanslarımız bərabərdi”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ” iyulun 11-də səfərdə 1:0 hesabı ilə yendiyi Skopye təmsilçisini qəbul edəcək. Qurbanov matçdan öncə rəqib haqqında fikirlərini bildirib: “Metallurq”un Makedoniya çempionatlarındakı oyunlarının videoyazısını izlədik. Rəqib çox yaxşı oyun nümayiş etdirib. Son 13 oyunda məğlub olmayıb və meydanı qol vurmadan tərk etməyib. Yəni rəqibimiz belə komandadı. Ona görə də onlara həddindən artıq ciddi yanaşırıq”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər