“Olimpiya” stadionunda böyük görüş

“Olimpiya” stadionunda böyük görüş

Türkiyə Super Liqasının açılış həftəsində “Beşiktaş” “Trabzonspor”u qəbul edəcək. Fnat.az xəbər verir ki, “İnönü” stadionun sökülməsi ilə bağlı olaraq “ağ-qaralar” nominal meydan sahibi olaraq meydana çıxacaq.

Hər iki komanda bugünədək liqada 80 oyun keçirib. Bunlardan 31-də trabzonlular, 29-da isə İstanbul təmsilçisi qələbə qazanıb. Komandalar 20 oyunda meydanı sülhlə tərk edib. Son mövsümdə 2 liqa və bir kupok matçında üz-üzə gələn cütlük hər 3 oyunda bir xalla kifayətlənməli olub.

İstanbul təmsilçisi Eneramo, Ömər Şişmanoğlu, Uğur Boral, Mehmet Akgün, Filip Holosko və İsmayıl Köybaşının adını oyun protokoluna daxil etməyib.

Qeyd edək ki, matç bu gün Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər