Nildo məşqlərə başladı

Nildo məşqlərə başladı
Azərbaycan Superkubokunun qalibi olan “Xəzər Lənkəran” doğma şəhərinə dönüb. Fanat.az xəbər verir ki, şəhərin girişində və stadionda azarkeşləri tərəfindən coşğu ilə qarşılanan komandadünən “Qarabağ”la oyunun hazırlığına start verib. 
Səhər məşqini Lənkərandakı bazasının fitness zalında keçirən “Xəzər Lənkəran” Covanni Melkiorrenin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Axşam məşqini isə komanda əsas meydanda keçirib və futbolçular saat yarım ərzində taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər. 
Hazırda "Xəzər Lənkəran"da yalnız Junior Nildo zədədən əziyyət çəkir. Braziliyalı futbolçu dünəndən fərdi məşqlərə başlayıb. Bu gün “Xəzər Lənkəran” “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaq.  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər