AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunur.
Fanat.az xəbər verir ki, "İnter"in prezidenti Georgi Nikolov və AFFA-nın baş katibi Elxan Məmmədov bu məsələ ətrafında fikir mübadiləsi aparıb, uşaq və yeniyetmə futbolunun inkişafına təkan verəcək məlum sahədə əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olunması barədə razılığa gəliblər.
"İnter"in irəli sürdüyü təklifin qəbul olunduğu görüşdə vurğulanıb ki, klubun heyətində fəaliyyət göstərən mütəxəssislər uşaq və yeniyetmə futbolunun inkişafı sahəsində tərəflər arasında faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır.
Fanat.az