Nduka "fərqləndi", Popoviç kənarda qaldı

Nduka "fərqləndi", Popoviç kənarda qaldı
Türkiyənin PTT 1-ci liqasında IX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor" "Karşıyaka"nın qonağı olub.
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Nduka həmişəki kimi start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Millimizin sabiq üzvü 63-cü dəqiqədə sarı vərəqə alıb. Popoviç isə "18-liy"ə düşməyib.
 
Qeyd edək ki, “Tavşanlı Linyitspor” 9 turdan sonra 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qəraraşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər