Türkiyənin PTT Birinci Liqasında 12-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, milliləşdirilmiş azərbaycanlıların çıxış etdiyi “Tavşanlı Linyitspor” da bu gün növbəti matçını keçirib.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin şərəfini qoruduğu kollektiv evdə “İstanbul BB” ilə qarşılaşıb. Oyun həmyerlilərimizin komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.
Popoviç bu görüşdə də ehtiyatda qalıb. Nduka isə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 8 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.az