Nazim Süleymanovun bir köməkçisi müəyyənləşdi

Nazim Süleymanovun bir köməkçisi müəyyənləşdi
"Neftçi"nin baş məşqçisi təyin olunacaq Nazim Süleymanovun köməkçilərindən birinin adı müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi komandanın veteran futbolçusunun xidmətinə ehtiyac duyub.
Belə ki, Süleymanovun köməkçilərindən biri Səmədağa Şıxlarov olacaq. 58 yaşlı veteran futbolçu 1974, 1977-1980 və 1982-1984-cü illərdə çıxış etdiyi "Neftçi"də 152 oyun keçirərək 21 qola imza atıb. Şıxlarov "Neftçi"dən başqa "Xəzər" (Sumqayıt), "Avtomobilçi" (Bakı), "Gəncə", "Çıraqqala" (Siyəzən) və OİK (Kiyev, Ukrayna) klublarının şərəfini qoruyub, 1982-ci ildə SSRİ yığmasında 2 oyun keçirərək 1 qola imza atıb. "Olimpik-Şüvəlan"da Süleymanovun köməkçisi olmuş veteran futbolçu "Neftçi"də seleksiyaçı-məşqçi işləyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər