“Oyundan razı qaldım, nəticədən isə yox”. Fanat.az xəbər verir ki, bu sözləri “Simurq” – “Neftçi” oyunundan sonra düzənlənən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Nazim Süleymanov deyib.
Debüt matçında 1 xalla kifayətlənən (0:0) çalışdırıcı yetirmələrinə təşəkkür edib: “Sərgilədikləri futbola görə uşaqlara təşəkkür edirəm. Oyun boyu üstünlük tərəfimizdə oldu. Çoxsaylı qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik. Hücumda dəqiqliyə diqqətlə yanaşmaq lazımdı”.
Fanat.az