Nazim Süleymanov: "Mənə böyük təzyiqlər oldu"

Nazim Süleymanov: "Mənə böyük təzyiqlər oldu"

Nazim Süleymanov "Qəbələ" ilə (2:1) oyunla bağlı fikirləri bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi də hakimlikdən narazı qaldığını biruzə verib:

"Qələbə həmişə yaxşıdı. Bir tərəf qalib gələndə, digəri məğlub olur. “Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu, buna görə minnətdaram. Futbol əzmkar mübarizədi, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. Bu gün qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər