Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində I divizion təmsilçisi "Neftçala"nı qəbul edəcək "Xəzər Lənkəran" doğma şəhərdə hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, bu gün yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk məşqinə çıxan komanda maraqlı yeniliklərlə qarşılaşıb.
Belə ki, həmişə baza-oteldə paltarlarını dəyişib birbaşa yardımçı meydaçaya yollanarar məşq edən komanda üzvləri bu dəfə Dənizlinin yeni qaydaları ilə üzləşiblər. Futbolçular öncə stadionun paltardəyişmə otağına gedib paltarlarını dəyişərək oradan bazanın toplantı zalına qayıdıblar.
Dənizlinin rəhbərliyində keçən qısa toplantının ardından yardımçı meydançada məşqə çıxan komanda hazırlıq prossesi bitəndən sonra yenidən stadionun paltardəyişmə otağına gedib ki, orada da futbolçuları meyvələrlə bəzədilmiş stollar gözləyirmiş. Futbolçuların hər məşqdən sonra vitaminlə təmin olunması üçün nəzərdə tutulmuş bu prosedurun bundan sonra həmişə tətbiq olunacağını da qeyd edək.
12cioyuncu.info