“Demba Banın "Beşiktaş"ın oyununa faydası yoxdu. O, “Beşiktaş”a cəmi 10 faiz xeyir verir". Fanat.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.
LİG TV-də ekspertlik edən Dənizli “Beşiktaş” haqda danışarkən, Banın fərdi oyun göstərdiyini bildirib. 2008-2010-cu illərdə “qara qartal”ın baş məşqçisi olmuş 71 yaşlı çalışdırıcı bu səbəbdən onun çıxışını bəyənmədiyini qeyd edib: "İstənilən halda, “Balıkesirspor”la matçda xal itirən və tənqid atəşinə tutduğumuz “Beşiktaş” Türkiyənin avrokubokda 2 ilini xilas etdi. Buna görə, hamımız “Beşiktaş”a təşəkkür etməliyik”.
Fanat.az