"Xəzər Lənkəran" - AZAL oyununu qarşılaşmanı stadionun VİP tribunasından izləyən Mustafa Dənizli matçdan sonra Lənkəranı tərk etməyib. Fanat.az xəbər verir ki, türk mütəxəssis köməkçisi olacaq Oğuz Çətinlə birgə "Palmalife" istirahət mərkəzinə yollanıb.
Gecəni "Palmlife"də keçirəcək Dənizli bu gündüz saatlarında komandanın bazasına yollanacaq. Günün ikinci yarısında isə klub rəsmiləri tərəfindən yeni baş məşqçi və köməkçisi komanda üzvlərinə təqdim olunacaq.
12cioyuncu.info