Mübariz Mənsimov Didye Droqba ilə görüşəcək

Mübariz Mənsimov Didye Droqba ilə görüşəcək
"GQ Men of the Year" mükafatının bu ilki sahibləri müəyyənləşib. Fanat.az xəbər verir ki, lauriatlar arasında azərbaycanlı iş adamı da var.
Belə ki, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov "GQ Men of the Year" mükafatına layiq görülüb. "Palmali"nin sahibi "İlin təşəbbüskarı" seçlib.
Mənsimovla yanaşı, lauriatlar arasında "Qalatasaray"ın ulduz futbolçusu Didye Droqba və məşhur aktyor, Azərbaycanda "Dəli ürək", "Acı həyat", "Ezel", "Karadayı" seriallarının baş rol ifaçısı Kenan İmirzalıoğlu da var.
Təqdimat mərasimi dekabrın 11-də "Four Seasons Bosphorus Hotel"də keçiriləcək.
İlin təşəbbüskarı - Mübariz Mənsimov
İlin aktyoru - Kenan İmirzalıoğlu
İlin idmançısı - Didye Droqba
İlin qeyri-adi uğuru - Ahmet Akgiray
İlin prodüseri - Kerem Çatay
İlin rejisoru - Yılmaz Erdoğan
İlin stil sahibi kişisi - Murat Türkili
İlin aşbazları - Üryan Doğmuş-Cihan Kıpçak
İlin müsiqiçisi - Mabel Matis
Xüsusi mükfat - Kenzo Takada
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər