"Mançester Yunayted"in baş məşqçisi Devid Moyes Cesc Fabreqasın transferi ilə bağlı önəmli açıqlamalar verib.
İdman24.az xəbər verir ki, Moyes "Barselona"nın ulduzunun transferi ilə bağlı şad xəbərlər almağa ümidlidir. Məşqçi "Transfer çalışmalarımız sürətlə davam edir. Yaxın zamanda Fabreqasla bağlı şad xəbər verəcəyik", deyib.
Qeyd edək ki, ingilis nəhənginin 30 milyon avroluq bir təklif etdiyi iddia olunur.
İdman24.az