Joze Mourinyo yeni saç düzümü ilə bağlı maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, "Çelsi"nin baş məşqçisi bərbərə pul verməmək üçün öz saçlarını kəsməyə başladığını bildirib.
"Bərbərə pul verməmək üçün saçlarımı özüm kəsməyə qərar vedim. Öz əlinlə öz saçını kəsmək böyük cəsarət istəyir. Mənim etdiyimi hamı edə bilməz. İlk dəfə saçlarımı kəsəndən sonra evə getmədən öncə şəkilimi həyat yoldaşıma göndərdim. Çünki məni evə buraxıb-buraxmayacağını bilmirdim. Amma bundan xoşu gəldi" deyə portuqaliyalı mütəxəssis zarafat edib.
Fanat.az