Millinin rəqibi darmadağına üzüldü

Millinin rəqibi darmadağına üzüldü

Seçmə komandamızın estonlarla yoldaşlıq görüşündən sonra Qırğızıstan yığması ilə qarşılaşacağını bilirsiz. Fanat.az xəbər verir ki, qırğızlar səfərdə İndoneziya millisi ilə üz-üzə gəlib.

 

 Cakartada baş tutan matçda qıpçaq türkləri darmadağına üzülüb. Meydan sahibləri hər hissəyə 2 qol vurmaqla böyükhesablı zəfər müəyyənləşdirib – 4:0. Ötən ay Bişkekdə Tacikistana 1:4 uduzan Qırğızıstan noyabrın 11-də Küveyt, 15-də yenidən Tacikistanla qarşılaşacaq.

 

 Qeyd edək ki, noyabrın 19-da millimiz Qırğızıstan yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə 14.00-da start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər