Rusiyanın "Zenit" klubunun gənclərdər ibarət komandası növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Elvin Bədəlovun forma geyindiyi komanda Moskva "Spartak"ının qonağı olub.
Matç paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü oyunun iştirakçısı olmayıb. Bədəlov qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Fanat.az