"Sumqayıt" "Simurq"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Pərdis Fərcad-Azad zaqatalalıra qarşı oynaya bilməyəcək.
Buna səbəb milli futbolçunun cəzalı durma düşməsidi. XIII turun "Rəvan"la oyununun 26 dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Pərdis sarı vərəqə limitni doldurub. Bu səbəbdən o, "Simurq"la XIV turun matçını kənardan izləməli olacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan "Rəvan" - "Sumqayıt" oyununda gənclik şəhəri təmsilçisinə qolunu 45-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub.
Fanat.az