Millimizin üzvü "fərqləndi", "Zenit" uduzdu

Millimizin üzvü "fərqləndi", "Zenit" uduzdu
19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Elvin Bədəlov Rusiyada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, futbolçumuzun forma geyindiyi "Zenit"in gənclərdən ibarət komandası "Ural"ın qonağı olub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Elvin meydana start heyətində çıxıb və 89-cu dəqiqədə Pavel Barbaşov tərəfindən əvəzlənib. Futbolçumuz 44-cü dəqiqədə sarı vərəqə alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər