Millimizin üzvü: "Bişkekdəki oyun ərəfəsində çox əsəbi idim"

Millimizin üzvü: "Bişkekdəki oyun ərəfəsində çox əsəbi idim"
"Bişkekdəki oyun ərəfəsində çox əsəbi idim. Ancaq məşqçi məndə əminlik yaratdı". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üvzü Taşkın İlter deyib.
Qırğızıstan - Azərbaycan oyununda millimizdə debüt edən futbolçu bildirib ki, Berti Foqtsla işləmək kifayət qədər rahatdı: "Mən onun oyun və məşqçi uğurları haqda bilirdim. Bundan başqa, mən onunla almanca ünsiyyət qura bilirəm ki, bu, çox rahatdı. Meydanda Foqts oyunçuların əksəri ilə ingiliscə danışır. Fərdi söhbətlər üçün isə, heyət tərcüməçisinin köməyindən istifadə edir".
 
Üç yaşından yeddi yaşına qədər İlter Türkiyədə yaşayıb. O, həmin günləri belə xatırlayır: "Kəndimizdə tez-tez futbol oynayardım. Qapı dirəklərini zibil qutularından düzəldərdik. Berlinə qayıdanda isə mən öz futbol karyera başladım - "Tasmaniya", "Herta", "Herat Zelendorf", "Türkiyəmspor".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər