Türkiyə Super Liqasında XIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Antalyaspor"u qəbul edib.
Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sivasspor"un baş məşqçisi Roberto Karlos bu matçda millimizin üzvünə oynamaq şansı verib. Cihan 67-ci dəqiqədə Abdurrahman Derelinin yerinə meydana çıxıb və son 23 dəqiqədə oynayıb. Həmin vaxt "Antalyaspor" 2:0 hesabı ilə öndə olub. Lakin Özkara komandasına yardım edə bilməyib.
Qeyd edək ki, "Sivasspor" 13 turdan sonra 22 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.az