Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Ali Gökdemirin çıxış etdiyi "Hannover 96"nın ikinci komandası "Neumünster"in qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üvzü meydana start heyətində çıxıb və 86-cı dəqiqədə meydandan qovulub.
Qeyd edək ki, "Hannover 96" 18 oyundan sonra 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.az